BaşlıcaSiyasət

“Yasin 90” bombası, İran Hərbi Hava qüvvələrinin təlimləri zamanı hipotetik düşmən hədəflərini məhv edib

İranın “Vilayət müdafiəçiləri” Hərbi Hava qüvvələri(HHQ) hərbi  təlimlər ərzində “Yasin 90” bombasının yardımıyla  hipotetik düşmənin  həyati əhəmiyyətli hədəfləri məhv edilib.Bu  haqda  “Mehr” məlumatlandırıb.

İran Hərbi Hava qüvvələrinin baş komandanı, briqada generalı Həmid Vahedi bildirib ki, hərbi təlimlərein döyüş mərhələsinin ilk günündə yüksək dəqiqliyə malik F-4 və F-5 bombardmançıları və “Yasin 90” bomba və F-7 təyyarələri havaya buraxılıb.

 Onlar hipotetik düşmənin həm quruda, həm də dənizdə mühüm və həyati əhəmiyyət kəsb edən hədəflərini uğurla məhv etmişlər.

Bundan əlavə, F-5 və “MiQ-29” döyüş təyyarələri real vaxt rejimində hava əməliyyatlarını uğurla həyata keçirib və bu əməliyyatlarda düşmənin atdığı iddia edilən raket İranın “hava-hava” raketləri ilə tutularaq məhv edilib.

10-cu Hərbi Hava qüvvələri təliminin əsas mərhələsi cümə axşamı İran İslam Respublikası Ordusunun Ali Baş komandanı, Silahlı qüvvələr komandanının müavini və İran Hərbi Hava qüvvələrinin pilotları və pilotsuz təyyarələrinin iştirakı ilə başlayıb.

Orada İİR Baş komandanı, SQ komandan müavini və  Silahlı qüvvələrin  bir sıra yüksək rütbəli komandirləri və məmurlar iştirak edib.

Daha çox göstər
Back to top button