Başlıcaİctimaiyyət

Azərbaycanda daha bir şiə ilahiyyatçı saxlanılıb

“Hacı Cavad” məscidinin keçmiş axundu, şiə ilahiyyatçı Əhliman Rüstəmov Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

Oğlu Qasım Rüstəmovun Turan agentliyinə verdiyi məlumata görə, İlahiyatçının ailəsinə onun saxlanılmasının səbəbini açıqlamayıblar.

Qeyd edək ki, son günlər bir neçə şiə ilahiyyatçı saxlanılıb. Yerli müşahidəçilər dindarların saxlanılmasını son vaxtlar Azərbaycan və İran arasında münasibətlərin gərginləşməsi ilə əlaqələndirirlər. Bütün saxlanılan şəxslər İranyönlü hesab olunurlar.

Daha çox göstər
Back to top button