BaşlıcaSiyasət

ER XİN mətbuat katibi: “Hazırda Ermənistanın Baş naziri ilə Azərbaycan prezidenti arasında görüş nəzərdə tutulmayıb”

ER Xarici işlər nazirliyinin  mətbuat katibi Vahan Hunanyan media məsələlərinə münasibət bildirib.

“Baş nazir Paşinyan dəfələrlə bəyan edib ki, Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlik mandatı çərçivəsində Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yüksək səviyyəli danışıqları bərpa etməyə hazırdır.

Eyni zamanda, 2021-ci il yanvarın 11-də olan  bəyanata əsasən, Ermənistan regionda nəqliyyat kommunikasiyalarının bloklanmasına dair üçtərəfli (Ermənistan, Rusiya, Azərbaycan) işçi müzakirələrindədə iştirak edir.

2021-ci ilin may ayından etibarən Azərbaycan silahlı qüvvələri bölmələrinin Ermənistan Respublikası ərazisindən çıxarılması və Ermənistan və Azərbaycanın  indiyədək həyata keçirilməyən delimitasiya  və demarkasiya prosesinin mümkün başlanması ideyası müzakirə olunub.

ATƏT-in Minsk qrupunun digər iki həmsədr ölkəsi ABŞ, Fransa, eləcə də Avropa İttifaqı sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də regional kommunikasiyaların açılması ilə bağlı məsləhətçi yardım göstərməyə hazır olduqlarını bildiriblər.

Ermənistan Respublikası hökuməti aylar əvvəl yuxarıda qeyd olunan gündəmdə onun təşviqində, Ermənistan Respublikasının, Artsaxın maraqlarını müdafiə etməkdə və yerli sülh və sabitliyin bərqərar edilməsində ardıcıl olacağını bəyan  etdi.

Eyni zamanda vurğulamaq istərdim ki, hazırda Ermənistanın Baş naziri ilə Azərbaycan prezidenti arasında heç bir görüş nəzərdə tutulmur. Müxtəlif formatlarda müxtəlif görüşlərin keçirilməsi ilə bağlı təkliflər var, onlar müzakirə olunur.

Onu da vurğulamaq istərdim ki, bəzi dairələrin bu mövzuda yaydıqları söz -söhbətlər açıq şəkildə təxribat xarakterlidir və reallığa qətiyyən uyğun gəlmir.

Vəziyyəti düzgün anlamaq  üçün 2021-ci il yanvarın 11-də Moskvada üçtərəfli görüşündən əvvəl baş vermiş xəbərləri, iddiaları, “aşkarlıqları” öyrənməyi, görüşün nəticələri və məzmunu ilə tanış olmağı və şayiələrin nə dərəcədə doğru olduğunu retrospektiv şəkildə təhlil etməyi tövsiyə edərdim”.

Daha çox göstər
Back to top button