BaşlıcaSiyasət

Erməni əsirlərin itkin düşməsi və öldürülməsi ilə bağlı yeni işlər AİHM-ə təqdim edilib

Vaşinqtonda yerləşən “Ədalət və İnsan Haqları üzrə Erməni Mərkəzi” (ALC) erməni hərbi əsirlərin “məcburi itkin düşməsi” ilə bağlı 16 yeni işin Avropa İnsan Haqları Məhkəməsinə təqdim edildiyini açıqlayıb.

Bu işlər Azərbaycanda əsirlikdə olan 20 şəxsin itkin düşməsi ilə bağlıdır. ALC, Yerevandakı Beynəlxalq Müqayisəli Hüquq Mərkəzi ilə əməkdaşlıq edərək, bu şəxslərin 2020-ci ildə Artsax müharibəsi zamanı Azərbaycan qüvvələri tərəfindən saxlanıldığına dair əsaslı sübutlar təqdim etdi, lakin Azərbaycan tərəfindən onların hazırkı statusu ilə bağlı əlavə məlumat verilmədi. Bu hadiələr məcburi itkin düşmə hallarıdır və Azərbaycan araşdırma aparmalı və bu şəxslərlə bağlı məlumat verməlidir.

Qeyd olunur ki, beynəlxalq hüquqa görə, məxburi itkin düşmə halları müharibə cinayətidir.

Daha iki iş Azərbaycan tərəfindən 10 erməni hərbi əsirin öldürülməsi haqqındadır. AİHM-ə təqdim olunan sübutlara əsasən, 10 erməni hərbçi əsir düşüblər, amma əsirlikdə qeyro-insani işgəncələrə məruz qaldılar və öldürüldülər. 10 hərbi əsirdən 9-u hərbi əməliyyatlardan sonra, 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatdan sonra öldürüldülər.

Beynəlxalq Müqayisəli Hüquq Mərkəzi 2020-ci ilin sentyabrından 2021-ci ilin mayına qədər Azərbaycan tərəfindən əsir götürülən ermənilərlə bağlı ətraflı məlumat, sübut və sənədlər toplayıb.

Bu faktaraşdırma işi əsasında hüquq müdafiə təşkilatlarının əməkdaşlığı nəticəsində AİHM-də bir çox işlərə başlanılıb. Təşkilatlar Azərbaycandakı bütün erməni əsirlərin azadlığı və hüquqlarının müdafiəsi üçünişlərini davam edir.

44 günlük Artsax müharibəsi nəticəsində ER-da və Artsaxda həlak olan hərbçilərin və mülki şəxslərin ümumi sayı 3788 nəfərdir. Oktyabrın 4-nə olan məlumata görə, 224 hərbçi və 22 mülki şəxsin harada olduğu məlum deyil. Azərbaycan bu günə kimi 113 girovu Ermənistana təhvil verib.

Daha çox göstər
Back to top button