BaşlıcaSiyasət

Paşinyan: “ER-da peşəkar ordu yaratmaqla ardıcıllıqla hərəkət edəcəyik”

“Ermənistan hər il sərhəd mühafizə funksiyasını sərhəd qoşunları vasitəsilə getdikcə daha çox yerinə yetirmək vəzifəsini qarşısına qoyur. Ermənistan peşəkar ordu yaratmaqla artdıcıl şəkildə irəliləyəcək.

Bu haqda ER Baş nazirii  Nikol Paşinyan  parlamentdə daimi komissiyaların birgə  iclaslarında  “ER 2022-ci ilin dövlət büdcəsi barədə” qanun layihəsinin müzakirəsi ərzində  qeyd edib.

“2022-ci ilin müdafiə büdcəsi 2021-ci ilin planıyla müqayisədə  11% çoxdur, və  345 milyard dram təşkil edir.  Ermənistanda peşəkar ordu yaratmaq üçün ardıcıllıqla irəliyə  doğru  gedəcəyik.

Lakin bunu rəvan, düşünülmüş addımlarla, addımbə-addım edəcəyik. Hərbi xidmətin cəlbediciliyinin artırılması, zabit və zabit xidmətinin imicinin yaxşılaşdırılması, ER müdafiə doktrinasının inkişafı və təkmilləşdirilməsi addımı ataraq  edəcəyik”-  deyərək  Baş nazir bildirib.

O, yeni təhlükəsizlik mühitində ölkə sərhədlərinin mühafizəsinin əsas önəmlik olaraq qaldığını vurğulayıb. Biz hər il qarşımıza belə bir vəzifə qoyuruq ki, sərhədlərimizdə yalnız sərhəd qoşunlarına xidmət etmək nəzəriylə  sərhəd qoşunları vasitəsilə sərhəd mühafizə funksiyasını getdikcə daha çox yerinə yetirək” – deyərək Paşinyan bildirib.

O vurğulayıb ki, Azərbaycan silahlı qüvvələrinin Ermənistan Respublikası ərazisindən, xüsusilə Sotk-Xoznavar hissəsindən çıxarılması prosesinə başlanması, Ermənistan Respublikasının demarkasiyası və Azərbaycan sərhədlərinin delimitasiyası  bu problemi həll etmək üçün əlverişli şərait yaradacaq..

“Ölkənin müdafiə strategiyasına gəlincə, biz artıq hökumətin proqramında vurğulamışıq ki, hər bir sülhsevər dövlət kimi Ermənistan da silahlı qüvvələrini inkişaf etdirəcək və onu təcavüzə deyil, təcavüzdən müdafiəyə çevirəcək.

ER heç bir ərazilər fəth etmək niyyəti yoxdur”- deyərək Paşinyan bildirib.

Daha çox göstər
Back to top button