Başlıcaİctimaiyyət

AZAL Ermənistan ərazisindən uçuşları üçün pul ödəyir: Mülki Aviasiya Komitəsi

Azərbaycanın AZAL aviaşirkəti Ermənistan ərazisindən uçuşlar həyata keçirdiyinə görə rəsmi Yerevana pul ödəyir. Bu haqda Ermənistanın Mülki Aviasiya Komitəsinin məlumatında deyilir.

“Ermənistanın hava məkanından uçan bütün aviaşirkətlər, o cümlədən AZAL uçuşların aeronaviqasiya xidmətlərini ödəyirlər”, – məlumatda deyilir.

“Aviaşirkət hansı məbləği ödəyir?” sualına Mülki Aviasiya Komitəsi belə cavab verib:

“Bu, bir sıra əmsallardan asılıdır. Xüsusilə, təyyarənin çəkisi, Ermənistanın hava məkanında uçuş yolu və vaxtı, eləcə də hava marşrutları üzrə ödənişlərin məbləği. Bu tariflər ölkəsindən asılı olmayaraq bütün aviaşirkətlər üçün eynidir”.

Xatırladaq ki, oktyabrın 6-dan “Azərbaycan Hava Yolları” Bakıdan Naxicevana sərnişin reysləri həyata keçirmək üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.

Daha çox göstər
Back to top button