BaşlıcaSiyasət

Ermənistan DQ münaqişəsi və erməni əsirlərlə bağlı Vatikanın mövqeyini qiymətləndirir: ER XİN

Ermənistan Vatikanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və regionda davamlı sülh və sabitliyin qorunması ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndirir. Bunu bu gün Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Müqəddəs Taxt-Tacın dövlət katibinin ümumi məsələlər üzrə müavini Edgar Penya Para ilə danışıqların yükunlarına toxunaraq qeyd edib.

Onun sözlərinə görə, Müqəddəs Taxt-Tac çətin anlarda həmişə Ermənistanın yanında olub və bu baxımdan ötən il də istisna olmayıb.

O qeyd edib ki, Azərbaycanın Artsaxa təcavüz etdiyi günlərdə Vatikanın göndərdiyi mesajlar, eləcə də hərbi əsirlərin dərhal azad edilməsi çağırışları böyük əhəmiyyət kəsb edirdi.

Ararat Mirzoyan bir daha vurğulayıb ki, indi də Azərbaycan beynəlxalq humanitar hüququ, 9 noyabr bəyanatı ilə götürdüyü öhdəlikləri pozaraq, erməni hərbi əsirləri və mülki insanları girov saxlamaqda davam edir.

XİN rəhbəri 44 günlük müharibədən sonra erməni tarixi-mədəni irsinin hazırda Bakının nəzarətinə keçməsinə də diqqət çəkib və məhv olmaq təhlükəsi ilə üzləşdiyini vurğulayıb.

Bu baxımdan o, həm YUNESKO-nun, həm də Müqəddəs Taxt-tacın məsələyə maraq göstərdiyini vacib sayıb.

Bundan başqa, Yerevan Erməni Soyqırımının tanınması məsələsində Vatikanın prinsipial mövqeyinə görə təşəkkür edib. Mirzoyan vurğulayıb ki, bu bəşəriyyətə qarşı cinayətin pislənməsi gələcəkdə belə hadisələrin qarşısını almaq üçün vacibdir.  

Daha çox göstər
Back to top button