BaşlıcaSiyasət

Hökumət ER vətəndaşlığı üçün müraciətlərə baxılma müddətini azaltmağı təklif edir

Hökumət Ermənistan vətəndaşlığı üçün müraciətlərə baxılma müddətini indiki 6 ay əvəzinə 90 iş günü təyin etməklə azaltmağı təklif edir.

Bu barədə oktyabrın 26-da parlament iclasında “Ermənistan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı respublika polisinin rəis müavini Ara Fidanyan bildirib.

Onun sözlərinə görə, idarə ER  vətəndaşlığının alınması və ona xitam verilməsi üçün prinsipial olaraq yeni qaydalar təklif edir.

“Qanun layihəsində xüsusilə vətəndaşlıq qəbulu ilə bağlı müraciətlərə baxılma müddətinin dəyişdirilməsi nəzərdə tutulur. Belə ki, 6 ay deyil, 90 iş günü müəyyən edilməsi təklif olunur.

Qanun layihəsində həmçinin vətəndaşlıq qəbulu zamanı vətəndaşın pasportunun alınması imkanının da tətbiq edilməsi təklif olunur.

Ermənistanın xaricdəki səfirlikləri və konsulluqlarında vətəndaşlıq almaq həmçinin təklif olunur” – deyərək  Fidanyan qeyd edib.

Daha çox göstər
Back to top button