BaşlıcaMədəniyyət

“Artsax barədə bəhs edən” : Vaşinqtonda Civan Avetisyanın “Cənnət qapısı” filminin premyerası keçirilib

Vaşinqtonda rejissor Civan Avetisyanın 2016-cı ilin aprel hadisələrindən bəhs edən “Cənnət qapısı” filminin premyerası nümayiş olunub.

Amerika Hay Dat Komitəsi bildirir ki, üç günlük kampaniyada rejissor və senarist Narine Voskanyan Artsax mübarizəsinin tarixini təqdim edib.

Avetisyan 2020-ci ildə Artsax müharibəsi nəticəsində erməni kinorejissorlarının rolunun vacibliyindən danışıb.

 2020-ci ilə qədər özünün üç filmini – “Tevanik” “Sonuncu sakin” və “Cənnət qapısı”nı yaradaraq Avetisyan və onun komandası  Artsaxın tarixini dünyaya təqdim etməyə çalışıb.

Rejissor qeyd edib ki, indi ermənilər üçün öz hekayəsini, həqiqət hekayəsini təqdim etmək daha vacib olub.

Bu məqsədlə Avetisyan komandasının üzərində işlədiyi yeni kino layihələrindən, o cümlədən “Renessans”dan danışıb.

Burada Azərbaycan-Türkiyə hücumlarını əks etdirən Civan Avetisyanın real kadrları özündə yer alacaqdır.

Qeyd edək ki, Avetisyanın “Cənnət qapısı” filmindəki hadisələr 2016-cı ilin aprelində baş verir.Tanınmış alman jurnalisti Robert 22 illik atəşkəsdən sonra yenidən başlayan müharibə hadisələrini işıqlandırmaq üçün Artsaxa qayıdır.

 Jurnalist araşdırması zamanı o, gənc opera müğənnisi Sofiya ilə tanış olur, bir-birlərinə aşiq ourlar. Lakin tezliklə o, Sofiyanın kim olduğunu öyrənir.

Daha çox göstər
Back to top button