BaşlıcaSiyasət

Paşinyan bir daha təsdiq edir ki, Paylasarda heç bir mövqe dəyişikliyi baş verməyib

ER Baş naziri Nikol Paşinyan bir daha təsdiq edir ki, sərhəd qoşunları 2020-ci ilin dekabrından fəaliyyət göstərdikləri mövqelərdə Paylasar bölməsində xidmətini davam etdirirlər.

Parlamentdə hökumət üzvüləriylə sual-cavab ərzində deputat Narek Qahramanyanın sualına toxunaraq qeyd edib.

“MTN sərhəd qoşunlarının komandanı bu zalda deputatlara aydınlıq gətirərək bildirib ki, heç bir mövqe dəyişikliyi baş verməyib və  bizim sərhəd xidmətimiz əvvəllər mövcud olan vəzifələrdə xidmət etməkdədir”- deyə Paşinyan bildirib.

O xatırladıb ki, bununla bağlı MTN bəyanat yayıb, sərhəd qoşunlarının komandanı deputatların suallarını qapalı şəkildə cavablandırıb.

“Sərhəd qoşunları 2020-ci ilin dekabr ayından bu ərazidə xidmət edir. Biz 2020-ci ilin dekabrında olduğu kimi, eyni mövqedə qalmışıq indi də qalmaqdayıq” –  deyə Baş nazir qeyd edib.

Daha çox göstər
Back to top button