
Qafqazda nəqliyyat kommunikasiyalarını blokdan çıxarmağın ən optimal yolu üç ölkənin: Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazir müavinlərinin sədrlik etdiyi üçtərəfli işçi qrupdur.
Bu haqda Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistin sualını cavablandırarkən bildirib.
“Bu mexanizmin səkkiz sessiyası keçirilib, bütün tərəflər onun fəaliyyətini yüksək qiymətləndiriblər. Ümumiyyətlə, sessiyaların nəticələrindən dərhal sonra artıq çoxsaylı şərhlər verilib.
Beləliklə, siz bu qrupun işinin təfərrüatları ilə tanış ola bilərsiniz. Müvafiq olaraq, biz Cənubi Qafqazda bütün iqtisadi və kommunikasiya kanallarının blokdan çıxarılması ilə bağlı üçtərəfli sazişlərin həyata keçirilməsinə töhfə verən bəyanatları və addımları düzgün hesab edirik” – deyərək Zaxarova bəyan edib.







