Başlıcaİctimaiyyət

620 min doza “Moderna” peyvəndi Ermənistandadır

“Avropa İttifaqının Mülki Müdafiə Mexanizminin” dəstəyi ilə Norveçin “Team Europe” təşəbbüsü çərçivəsində Ermənistana göndərilən Moderna peyvəndinin 620 min dozası artıq Ermənistandadır.

ER Səhiyyə Nazirliyinin məlumatına görə, peyvənd Zvartnots hava limanında Aİ-nin Ermənistandakı səfiri Andrea Viktorin və Norveç Krallığının Ermənistandakı səfiri Helen Sand Andresen tərəfindən Səhiyyə Nazirliyinə təhvil verilib.

“Biz Norveçə və Avropa ittifaqına Ermənistan üçün bu çətin dövrdə COVID-19 vaksinin göndərilməsi üçün təşəkkür edirik”,-deyə Səhiyyə naziri Anahit Avanesyan qeyd edib.

Daha çox göstər
Back to top button