
Ermənistan Dağlıq Qarabağın statusunun yekun qərarına qədər Rusiya sülhməramlılarının Dağlıq Qarabağda mövcudluğunun uzadılmasında maraqlıdır. “TASS” informasiya agentliyinin məlumatına görə, bu barədə məlumatı Təhlükəszilik Şurasının ofisi yaydı.
“Təəssüf ki, hazırda vəziyyət kifayət qədər sabit deyildir. Bu yaxınlarda atəşkəsin pozulmasının şahidi olduq ki, bunun nəticəsində bir erməni mülki şəxs həlak olub, yaralananlar var.
Buna görə də, Dağlıq Qarabağın yekun statusu məsələsi həll olunana qədər Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı amili əhəmiyyətli olacaq”,- deyə qeyd olunub.
Təhlükəsizlik Şurasının ofisi onu da vurğuladı ki, Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin ermənilərin və Dağlıq Qarabağ Respublikasının vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rolu var. Rus sülhməramlıları infrastrukturun və yüklərin daimi və sabit hərəkətinin təminatçısısıdır.







