Başlıcaİctimaiyyət

Ermənistanda regional humanitar minatəmizləmə mərkəzinin yaradılması planlaşdırılır

ER FHN-nin humanitar cavab mərkəzi regional humanitar minatəmizləmə mərkəzinə çevriləcək. Bu gün ER Parlamentində 2022-ci il dövlət büdcəsinin təqdim edilməsi zamanı ER Fövqəladə Hallar naziri Andranik Piloyan qeyd edib.

“BMT-nin inkişaf prqramları və onların tərəfdaşları ilə regional humanitar minatəmizləmə mərkəzinə çevrilmək məsələsi müzakirə olunub. Bu istiqamətdə danışıqlar hələ də davam edir”, – deyə o qeyd edib.

Onun sözlərincə, yeni mərkəzdəki təlim-məşqlərdə nəinki Ermənistan, həm də digər ölkələrin xilasediciləri və minalardan təmizləyiciləri iştirak edə bilər.

Daha çox göstər
Back to top button