
G20 sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda “3+3” formatını gündəmə gətirərək, qeyd eydi ki, buregiona sülh gətirəcək. “3+3” formatını Çavuşoğlu ilə Lavrov da müzakirə etdilər. Maraqlıdır ki, Rusiya tərəfi bununla bağlı qeyd etdi ki, məsələyə dair “fikir mübadiləsi” olub. Müzakirə deyil, fikir mübadiləsi olub. Bu isə göstərir ki, hər şey həll olunmamış.
Əsas məsələ odur ki, Ankara “3+3” formatı ilə Artsaxa qarşı başlatdığı müharibənin nəticələrini qeydə almaq istəyir.
Ərdoğanın iddialı və müstəqil siyasətinə baxmayaraq, Türkiyə hələ də geniş geosiyasi oyunçu olmaqdan uzaqdır. Ankara regionda Moskva üzərində üstünlük əldə etmək üçün Suriyada olduğu kimi formatın maksimum lokallaşdırılmasına çalışır. Moskva üçün vəziyyət fərqlidir. Bir tərəfdən Moskva Türkiyəyə qarşı çıxmaq istəmir, digər tərəfdən isə Rusiya Rusiya-Türkiyə formatın deyil, regional formata nail olmaq iatəyir. Bunlar təbii ki, çətin məsələlərdir.
Hələlik, Moskva hər iki istiqamətdə oynamağa, başqa sözlə, üstünlük almağa çalışır. Xüsusən də Türkiyənin daxili problemləri “dənizində” Ərdoğanı nə gözlədiyi hələ bəlli deyildir.







