BaşlıcaSiyasət

1920-ci illərin bütün xəritələrində Al gölləri Ermənistan Respublikasının ərazisi kimi qeyd olunub: Sanosyan

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsi üçün hansı xəritələrin əsas götürüləcəyini hələlik deyə bilmir, amma o vurğulayır ki, 1920-ci illərin bütün xəritələrində Al gölləri Ermənistan Respublikasının ərazisi kimi qeyd olunub. Beləliklə, bu xəritələr rəhbər tutulsa, həmin ərazidə dəyişiklik Ermənistan tərəfinin xeyrinə olacaq.

Nazir Parlamentdə jurnalistlərin suallarını cavablandırarkən bu məsələyə toxunub.

“Müxtəlif müzakirələr var, müxtəlif xəritələr var. Bu xəritələrin hüquqi statusu vacibdir. Yəni bu xəritələr hətta sovet illərindəndirsə, qanuni olaraq dəqiqləşdirilməli, hamı tərəfindən əsas kimi qəbul edilməlidir”,-Sanosyan qeyd edib.

Daha çox göstər
Back to top button