
Dövlət iqtisadiyyatın strukturunu dəyişməyi, investisiyaya əsaslanan iqtisadi artıma keçməyi planlaşdırır. Bunu ER iqtisadiyyat naziri Vahan Kerobyan bildirdi.
2022-ci ilin büdcə layihəsinə əsasən, İqtisadiyyat Nazirliyinin qeyri-kənd təsərrüfatı bloku üçün təxminən 17 milyard dram vəsait ayrılıb.
“Hökumət qarşıdakı beş il ərzində illik 7-9% iqtisadi artımı təmin etməyi qarşısına məqsəd qoyub. Ona görə də edə biləcəyimiz ən mühüm işlərdən biri iqtisadiyyatın strukturunu dəyişmək, investisiyaya əsaslanan iqtisadi artıma keçməkdir”,- nazir deyib.







