BaşlıcaSiyasət

ATƏT Minsk qrupunun Fransa tərəfindən yeni həmsədri təyin olunub

Fransa Xarici İşlər Nazirliyinin baş müşaviri ATƏT Minsk qrupunun Fransa tərəfindən yeni həmsədri təyin edilib. Bu barədə Fransa hökumətinin saytında məlumat verilib.

Stefan Viskontinin yerinə bu vəzifəyə Bris Rokfeyl təyin edilib.

Qeyd edək ki, Viskonti 2016-ci ilin oktyabrından etibarən adıçəkilən vəzifədə çalışıb.

Yeni təyinata qədər Rokfeyl Fransanın Panama və Özbəkistanda səfiri, Rio de Janeyroda Baş konsulu, 2000-ci illərdə Fransanın Rusiya və Türkiyədəki səfirliklərində siyasi məsləhətçi olub.

Daha çox göstər
Back to top button