
Azərbaycan prezidenti Ermənistanın sərhədlərin demarkasiyasına reaksiya verməməsindən şikayətlənir. İlham Əliyev “COVID-19-dan sonrakı dünya” Qlobal Bakı Forumunun açılışından narazılığını bildirib.
“Biz Ermənistana bir sıra təklifləri irəli sürmüşük ki, gəlin, sülh müqaviləsi üzərində işləməyə başlayaq. Müharibə üzərində danışmaq yox, sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik. Əfsuslar olsun ki, bu təklif hələ ki, cavabını almayıb”.
Onun sözlərincə, Azərbaycan maksimal konstruktivlik göstərib: “Biz gələcəyə nəzər salmalıyıq. Biz öz gələcəyimizi – təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olan gələcəyi təmin etməliyik”. Əliyev vurğulayıb ki, hər bir şey Ermənistanın mövqeyindən asılı olacaq: “Bizim mövqeyimiz tamamilə aydındır. Mən bir daha qeyd edirəm ki, biz sülh danışıqlarına başlamağa hazırıq və sülh müqaviləsini imzalamağa hazırıq. Biz səhifəni çevirmək istəyirik və sərhədləri müəyyən etmək fikrindəyik. Görürsünüz ki, Ermənistandan cavab gəlmir”.
Xatırladaq ki, Azərbaycan “konstruktiv yanaşma” ruhundan çıxış edərək, mayın 12-də bir neçə istiqamətdə Ermənistanın suveren ərazisini işğal edib və silahlı qüvvələrini çıxarmaqdan imtina edir. Eyni zamanda, Goris-Kapan yolu hissəsinə daxil olaraq Azərbaycan silahlı qüvvələri mütəmadi olaraq təxribatlar həyata keçirir. Ermənistanın sərhəd kəndlərinin əhalisi təhlükə altındadır.







