BaşlıcaSiyasət

Mher Qriqoryan ABŞ dövlət katibinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Baş nazirin müavini Mher Qriqoryan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonun başçılıq etdiyi, tərkibində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endryu Çeffer,  ABŞ beynəlxalq inkişaf agentliyi administratorunun müavini Aleksandr Sokolovski və digər rəsmi şəxslərin daxil olduğu nümayəndə heyətini qəbul edib.

Görüşdə həmçinin ABŞ-ın Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Lin Treysi də iştirak edib. Bu barədə hökumətin mətbuat xidmətindən məlumatlandırılıb.

Qonaqları salamlayan Baş nazirin müavini ABŞ-ın Ermənistana dəstəyini yüksək qiymətləndirib, “müharibədən sonrakı dövrdə ölkənin üzləşdiyi əsas problemləri təqdim edib.

Bu kontekstdə Baş nazir müavini vurğulayıb ki, mövcud çağırışlara baxmayaraq, Ermənistan makroiqtisadi sabitliyi qoruyub saxlaya bilibdir.

Həmsöhbətlər korrupsiyaya qarşı mübarizə proqramlarının və demokratik dəyərlərin möhkəmləndirilməsinə yönəlmiş proqramların əhəmiyyətini vurğulayıblar.

 ABŞ Beynəlxalq İnkişaf agentliyi ilə səmərəli əməkdaşlıq yüksək qiymətləndirilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunan Baş nazirin müavini ATƏT-in Minsk Qrupu həmsədrlərinin rolunu vurğulayıb və onun çərçivəsində danışıqlar prosesinin intensivləşdirilməsinin vacibliyini qeyd edib.

Mher Qriqoryan erməni hərbi əsirlərin qaytarılmasını, girovların dərhal azad edilməsini əsas məsələ hesab edirdi.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson regionda humanitar problemlərin tezliklə həllinə yardım etməyə hazır olduğunu bildirib.

Görüş zamanı regional əhəmiyyətə və ikitərəfli münasibətlərə dair bir sıra məsələlərə də toxunulub.

Daha çox göstər
Back to top button