BaşlıcaSiyasət

AİHM qərar çıxarıb: “Azərbaycan erməni əsirlərinin yaşamaq hüququnu pozub”

Avropa İnsan Haqları Məhkəməsi 2014-cü ildə Azərbaycanda əsir götürülərək işgəncələrə məruz qalan Tavuş rayonunun Verin Karmirağbyur kənd sakini Mamikon Xocoyan və Çinari kənd sakini Karen Petrosyanın işi üzrə hökm çıxarıb.  Bu haqda qərar AİHM-in saytında dərc olunub.

Avropa Məhkəməsi Bakının erməni əsirlərin yaşamaq hüququnu, işgəncə və ayrı-seçkilikdən azad olmaq hüququnu, azadlıq və şəxsi toxunulmazlığı da daxil olmaqla pozduğunu tanıyıb.

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanı hər işə görə 40 min avro ödəməyə məcbur edib.

77 yaşlı Mamikon Xocoyan 2014-cü ilin yanvarında əsir götürülüb, iki ay sonra, martın 4-də Ermənistana qaytarılıb və az sonra dünyasını dəyişib. Məhkəmə-tibbi ekspertiza göstərib ki, Xocoyanın ölümünə səbəb orqanizmin ümumi intoksikasiyası olub.

Karen Petrosyan 2014-cü il avqustun 7-də azaraq sərhədi keçib və Azərbaycan kəndində  peyda olunub.Az sonra Azərbaycan hakimiyyəti onu həbs edib və ertəsi gün onun infarktdan öldüyünü  bildiriblər.

Daha çox göstər
Back to top button