
ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Degnan ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Olson, Qafqaz danışıqları üzrə baş məsləhətçi Endryu Şofer, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Vaşinqton Bürosunun direktor müavini Aleksandr Sokolovski ABŞ-ın Ermənistandakı səfirliyində keçirilmiş ABŞ missiyalarının liderləri konfransında iştirak ediblər. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
“Yeni koronavirusdan əvvəl belə konfranslar müvafiq olaraq 2019-cı və 2018-ci illərdə ABŞ-ın Bakı və Tbilisidəki səfirliklərinndə təşkil edilib.
Ermənistan, Gürcüstan və Azərbaycanla diplomatik münasibətlərin qurulmasının otuzuncu ildönümü ərəfəsində biz tərəfdaşlığımızı gücləndirmək, region xalqları üçün daha təhlükəsiz, sabit və firavan gələcəyin qurulmasını dəstəkləmək öhdəliyimizi vurğulayırıq”, – deyə səfirliyin bəyanatında deyilir.







