Hazırda Artsaxda 100 mindən çox soydaşımız yaşayır: Narek Mkrtçyan

Biz Artsax xalqı üçün yeni proqram həyata keçiririk, onun haqqında elan olunub və artıq müraciətlər qəbul edilir. Müxtəlif hədəf qruplarına 50 min (təxminən 100 dolar) və 25 min (təxminən 50 dolar) dram məbləğində dəstək verəcəyik. Bu barədə ER əmək və sosial məsələlər naziri Narek Mkrtçyan noyabrın 5-də parlamentdə jurnalistlərlə söhbətində bildirib.
“Əgər əvvəllər artsaxlıları qonaq etmək üçün insanlara pul ödəmişiksə, indi biz pulu Artsax xalqına verəcəyik, o pulla nə edəcəyinə onlar qərar verəcəklər. Biz həmçinin Artsax əhalisi üçün iki məşğulluq proqramı həyata keçiririk”,- deyə o əlavə edib ki, Artsax əhalisinin əksəriyyəti artıq Artsaxa qayıdıb.
Mkrtçyan bildirib ki, Artsax da mənzil proqramı həyata keçirir. “Hazırda Artsaxda 100 mindən çox soydaşımız yaşayır, onların hamısı istər Stepanakertdə, istərsə də ətraf rayonlarda eyni təhlükəsizlik mühitində olacaqlar”, – deyə Narek Mkrtçyan bildirib.







