
Rusiya Xarici işlər nazirliyinin bəyanatında Bakı diktatorunun nüfuzuna birbaşa zərbə vuran ən azı iki diplomatik şəkildə ifadə olunmuş məqam var. İranşünas Vardan Voskanyan Facebook səhifəsində yazıb.
“Rusiya Xarici işlər nazirliyinin bəyanatında Bakı diktatorunun nüfuzuna birbaşa zərbə vuran ən azı iki diplomatik şəkildə ifadə olunmuş məqam var.
Birincisi, “ay qızım sənə deyirəm ay gəlin sən eşit”, prinsipinə əsaslanan, Artsax Respublikasının (əslində DQ) Ermənistanla əlaqəsini kəsib Azərbaycana verə bilməyəcəyinə işarə edir.
İkincisi isə odur ki, medianın şişirtdiyi Zəngəzur dəhlizi Rusiyanın Şimal-Cənub beynəlxalq nəqliyyat nəbzində mövqeyinə zidd olduğu üçün əslində mövcud ola bilməz.
Diqqətəlayiqdir ki, hər iki qeyd olunan nöqtələrlə rəsmi Moskva faktiki olaraq Bakının diktatorunu ittiham edir, çünki Artsaxın guya bədnam “Zəngəzur dəhlizi” haqqında danışan media və ya digər mənbələr deyil,məhz İlham Əliyevin özü bəyan edib özü də bir dəfə yox dəfələrlə.
“İndi isə guya kiçik əlləri ilə “dəmir yumruq” göstərən Bakı diktatoru ya Rusiya Federasiyasının rəsmi bəyanatını təkzib etməli, ya da uzadılmış dilini “dəmir yumruq”la lazımi yerinə qoymağa çalışmalıdır”.







