BaşlıcaSiyasət

Politoloq: “Azərbaycanın DQ məsələsinin olmaması ilə bağlı ictimai mövqeyinin reallıqla heç bir əlaqəsi yoxdur”

Son dövrdə bir sıra inkişaflar ATƏT-in Minsk qrupunun işinin canlanmasına gətirib çıxarır. Bu haqda Yerevanda  noyabrın 6-da Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskandaryan “Dəhlizmi  yoxsa yolmu, Ermənistanın mövqeyi necə olmalıdır?” mövzusunda ekspert müzakirəsi zamanı qeyd edib.

“Çox güman ki, o öz işini  bərpa etdirəcək, bu, bir çox göstəricilərlə özünü təzahür edir.

Üç həmsədr ölkəyə – Ermənistana bu lazımdır, yalnız Azərbaycandır kəskin etiraz edən.

Belə olan halda Azərbaycan ritorikasını real siyasətdən ayırmaq lazımdır. Azərbaycanın Qarabağ məsələsinin olmadığına dair ictimai mövqenin reallıqla az əlaqəsi var, daha çox daxili ambiona yönəlib.

 Əliyev deyir ki, Qarabağ məsələsi həll olunub, artıq  mövcud deyil.ATƏT Minsk qrupunun həmsədrləri gəlir.Onların səfərinin maraqlı olmadığını deyir.

Amma jurnalistlərin çölə dəvət edildiyini, qapıların bağlı olduğunu və danışıqların saatlarla davam etdiyi bildirilir:

“Təkrar edirəm, bir çox göstəricilər ATƏT-in Minsk qrupunun işinin bərpa olunacağını göstərir” –  deyərək  Aleksandr İsgandaryan bildirib.

O vurğulayıb ki, ATƏT-in Minsk qrupunun işinin bərpası vəziyyətin dəyişməsinə gətirib çıxaracaq, müəyyən müzakirələr başlayacaq, belə ki, prosesə təkcə Rusiya və Azərbaycan deyil, Fransa və ABŞ da cəlb olunacaqdır.

Daha çox göstər
Back to top button