
Artsax Respublikasının Xarixi İşlər Nazirliyi 44 günlük müharibənin dayandırılmasının birinci ildönümü münasibətilə bəayanat yayıb.
Bəyanatda qeyd olunub ki, 44 günlük dağıdıcı təcavüz nəticəsində Azərbaycan Artsax Respublikasının ərazilərinin əksəriyyətini, o cümlədən tarix və mədəniyyət mərkəzi olan Şuşi şəhərini işğal edib.
“Döyüş əməliyyatları zamanı Azərbaycan ordusu bir çox hərbi cinayətlər, o cümlədən mülki obyektlərin qəsdən hədəfə alınması, hərbi əsirlərə, əsir düşmüş mülki şəxslərə qarşı işgəncələr, məhkəməsiz qətllər, etnik təmizləmə, tarix və mədəniyyət abidələrinin, kilsələrin qəsdən məhv edilməsi, beynəlxalq hüquqla qadağan edilən qeyri-seçim silahları ilə yaşayış məntəqələrinin hədəfə alınması kimi çoxsaylı hərbi cinayətlər törədib.
2020-ci il noyabrın 9-da üçtərəfli bəyanatın imzalanmasından sonra da Azərbaycan beynəlxalq hüquqa zidd əməllərinə son qoymamış, xüsusən də təcavüzkar, hücum əməliyyatlarını, hərbi qulluqçuların, mülki şəxslərin əsir götürülməsi, işğal olunmuş ərazilər kilsələrin dağıdılması, erməni mədəni irsini məhv etməyə davam etdi və bu vəziyyət Azərbaycan-Qarabağ münaqişəsinin həlli üçün əsas ola bilməz”- deyə qeyd olunub.
Bəyanatda vurğulanır ki, rəsmi Stepanakertin mövqeyi və Artsax xalqının iradəsi dəyişməz olaraq qalır və Artsax heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq.







