BaşlıcaSiyasət

Ermənistan Azərbaycanın atəşkəsi kobud şəkildə pozmasını məhkum edir

Ermənistan Respublikasının Xarici işlər nazirliyi bəyanat yayaraq, Azərbaycan tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulmasını məhkum edib.

Noyabrın 8-də Azərbaycan tərəfi Stepanakert-Şuşi yolunun yaxınlığında RF sülhməramlılarının məsul olduğu ərazidə tikinti işləri aparan mülki şəxsləri atəşə tutub, nəticədə 3 nəfər yaralanıb, 1 nəfər həlak olub.

“Biz Azərbaycan silahlı qüvvələrinin 2020-ci il  noyabrın 9-da  olan bəyanatı ilə təsdiq edilmiş atəşkəs rejiminin kobud şəkildə pozulmasını sərtliklə məhkum edirik.

Diqqətəlayiqdir ki, hadisə üçtərəfli bəyanatın imzalanmasının birinci ildönümü ərəfəsində Azərbaycan prezidenti İlham Əliyevin məhz  Şuşiyə səfəri günü  baş verib.   O, növbəti dəfə güc tətbiq etməklə hədələyən anti-erməni ritorika ilə dolu bəyanat  edib.

Azərbaycanın ali rəhbərliyinin davamlı anti-erməni ritorikası – atəşkəs rejiminin dəfələrlə pozulması insidentləri rəsmi Bakının Ermənistanla erməni xalqı arasında münasibətlərin normallaşması ilə bağlı verdiyi bəyanatların puç olduğunu bir daha  açıq şəkildə göstərir.

Qeyd edək ki, bu, son bir ay ərzində  Azərbaycan silahlı qüvvələrinin mülki şəxslərə hücumu  nəticəsində insan tələfatı qeydə alınan ikinci hadisədir.

 Biz əminik ki, bu cür cinayətlərin düzgün araşdırılması və bütün günahkarların məsuliyyətə cəlb edilməsi mülki əhaliyə qarşı növbəti hücumların qarşısını ala bilər” – deyərək XİN-in yaydığı bəyanatında qeyd olunur.

Nazirlik həmçinin həlak olanın yaxınlarına başsağlığı verib və bütün yaralıların tezliklə sağalmasını arzulayıb.

Daha çox göstər
Back to top button