BaşlıcaSiyasət

Azərbaycanlılar Vayots Dzor bölgəsinin Xaçik kəndindəki traktora atəş açıblar

Noyabrın 9-da, günorta saatlarında azərbaycanlılar Vayots Dzor bölgəsinin Xaçik kəndində kənd təsərrüfatı işləri aparan traktora atəş açıblar. Bu barədə Xaçik kənd icmasının rəhbəri Hovik Smbatyan NEWS.am-a müsahibəsində bildirib.

“Azərbaycanlılar traktora atəş açıb. Traktorun şüşələinrə ziyan vurulub, sürücü xəsarət almayıb, amma möcüzə nəticəsində xilas olub, həmin an traktorda oturmuşdu. Atışmadan sonra sakin traktoru sürərək geri qayıdıb”, – deyə kənd icmasının rəhbəri bildirib.

Smbatyanın sözlərinə görə, Azərbaycan tərəfindən başqa atəş açılmayıb.

“Belə hallar olmayıb. Sakinlər kənd təsərrüfatı işlərini həmişə sakit şəkildə yerinə yetiriblər”, – deyə Smbatyan bildirib.

Daha çox göstər
Back to top button