BaşlıcaSiyasət

Peskov: “Ötən il Rusiya, Ermənistan və Azərbaycanın DQ münaqişəsi ilə bağlı imzaladığı bəyanat son dərəcə əhəmiyyətlidir”

Ötən il noyabrın 9-da Rusiya, Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imzaladığı bəyanat son dərəcə əhəmiyyətlidir.

TASS xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Biz bir illik tarixi olan sənədləri, həm Azərbaycan, həm də Ermənistan üçün son dərəcə vacib hesab edirik.  Həmin sənədlər müharibənin dayandırılmasına kömək edən və regional iqtisadiyyatın və infrastrukturun dinc inkişafına zəmin yaradan sənədlərdir” –  deyərək Kremlin  mətbuat katibi jurnalistlərə bildirib.

“Rus sülhməramlıları və rus qoşunları regionda öz funksiyalarını yerinə yetirir, təhlükəsizliyi təmin edir, atəşkəs rejiminə nəzarət edir, qaçqınların geri qayıtması ilə məşğuldur və bütün bunlar  son dərəcə vacibdir” –  deyərək Peskov qeyd edib.

Daha çox göstər
Back to top button