
Qarabağla bağlı razılaşmanın ildönümündə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında təmas planlaşdırılmır.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Moskva ilə Yerevan və Bakı arasında əlaqə müxtəlif səviyyələrdə və istisnasız olaraq müntəzəm şəkildə aparılır.
“Üçlükdə ünsiyyətə gəlincə, nə vaxtsa belə bir razılaşma əldə olunarsa, biz sizə məlumat verəcəyik. Hazırda konkret anlaşma yoxdur”.







