ArtsaxBaşlıcaSiyasət

RF sülhməramlı missiyası Azərbaycan SQ tərəfindən mülki sakinin öldürüldüyünü təsdiqləyib

Artsaxda yerləşən Rusiyanın sülhməramlı missiyası Şuşi yaxınlığında erməni sakinin Azərbaycan silahlı qüvvələri tərəfindən öldürüldüyünü təsdiqləyib. Bu barədə Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı hərbi birləşməsinin rəsmi bülletenində qeyd olunur.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 9-na olan informasiya bülletenində qeyd edilib ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında atəşkəs rejiminin bir pozulması faktı qeydə alınıb. Noyabrın 8-də Yerevan vaxtı ilə saat 14:40-da Şuşiyə yaxın ərazidə Dağlıq Qarabağdan olan 4 nəfərdən ibarət işçi qrupu Azərbaycan tərəfdən atəşə tutulub. Nəticədə 3 nəfər yaralanıb, 1 nəfər həlak olub.

“Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birlikdə insidentlə bağlı araşdırma aparır”, – deyə məlumatda bildirilib. Azərbaycan Müdafiə Nazirliyi bu məsələ ilə bağlı açıqlama verməyib. Ermənistan tərəfinin məlumatına görə, atəşi bir Azərbaycan əsgəri açıb

Daha çox göstər
Back to top button