ArtsaxBaşlıca

Artsax Xİ naziri Şuşi hadisəsini terror kimi qiymətləndirib və Bakının məqsədini izah edib

Şuşi yaxınlığında Azərbaycan əsgəri tərəfindən Artsaxda mülki vətəndaşın öldürülməsi terror aktıdır. Artsaxın Xarici işlər naziri Davit Babayan bu haqda Stepanakertdə rus jurnalistlə söhbətində  bildirib.

O, bu aksiyaların təkcə qısamüddətli deyil, həm də uzunmüddətli hədəfi olduğunu vurğulayıb.

Ölən və yaralanan vətəndaşlar Rusiya sülhməramlılarına su borularını təmir etdirərkən azərbaycanlılar onlara yaxınlaşaraq onlar tərəfə atəş açıblar.

“Bu, əsl terrordur. Üstəlik, Artsaxda Azərbaycan tərəfdən həmişə oxşar hərəkətlər gözlənilir. İnsanlara, o cümlədən dövlət xadimlərinə qarşı yeni hücumlar mümkündür. Bu, erməni millətinə nifrətin ifadəsidir, bu, dövlət siyasətidir, millətçilikdir”-  deyə XİN rəhbəri bildirib.

Babayan qeyd edir ki, Azərbaycan Artsax xalqını qorxutmağa çalışır ki, onlar getsinlər və qayıtmağa hazırlaşanlar öz fikirlərini dəyişsinlər. Onun sözlərinə görə, Bakı Artsaxın yenidən qurulması prosesində investisiyaların qarşısını almağa çalışır.

“Azərbaycanlılar başa düşürlər ki, nə qədər ki, Rusiya sülhməramlı qüvvələri buradadır, genişmiqyaslı müharibə olmayacaq.

Çünki Artsaxa hücum Rusiya hərbçilərinə, Rusiyaya hücum demək olacaq. Onlar başa düşürlər ki, Artsax var olduqca, Qafqazda, eləcə də Mərkəzi Asiyada və digər regionlarda sabitlik olacaq.

Onlar istəyirlər ki, erməni Artsaxı olmasın, Rusiya da buradan getsin.Belə hərəkətlərlə olmazsa, özgə nə cür etmək olar?” –deyə Babayan əlavə edib.

Sülhməramlı missiyanın rol və funksiyalarına toxunan nazir qeyd edib ki, qoşunların yeridilməsi zamanı əvvəldən əsas vəzifə döyüş əməliyyatlarına, atışmalara cəlb edilmək deyil, məsələnin sülh yolu ilə həlli olub.

O, əmin edir ki, Azərbaycan və Türkiyə çox yaxşı başa düşürlər ki, onlar Rusiya hərbçilərini təxribat etmək üçün addımlar atırlar. Əgər sülhməramlılar atəş açsalar, bu, faktiki münaqişənin başlanğıcı olacaq.

Lakin Babayan belə bir mexanizmə gec-tez yenidən baxılacağını güman edir.

Nazir gələcəkdə Azərbaycan silahlı qüvvələrinin açıq hücumunu istisna etmir. İndi Rusiya hərbçilərinin mövcudluğu sakitləşdirici təsir bağışlasa da, sülhməramlıların hazırkı 5 illik müddətinin sonunda Azərbaycan tərəfi özünü daha aqressiv aparmağa başlaya bilər. Belə bir şəraitdəsə, Rusiya hərbçiləri mütləq adekvat tədbirlər görməlidir.

Daha çox göstər
Back to top button