
Vayots Dzor rayonunun Xaçik kəndi istiqamətində azərbaycanlıların hədəfli atəşi nəticəsində bir mülki şəxsə aid traktorun şüşələri sındırılıb. Ermənistan Ombudsmanı ofisindən verilən məlumatlara görə, bu barədə Ombudsman aparatına məktublar göndərilib.
Məlumatda deyilir ki, azərbaycanlılar noyabrın 9-da saat 14:30 radələrində Areninin Xaçik kəndi istiqamətində hədəfli atəş açıblar, nəticədə torpaq işləri aparan mülki traktorun arxa və yan şüşələri qırılıb. Atəş açılanda traktorda bir mülki şəxs vardı.
Qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələrinin bu hərəkəti Ermənistanın mülki əhalisinin ləyaqətinə, mülki hüquqlarına və mülkiyyətinə qarşı yönəlib. Azərbaycanlıların Ermənistan xalqının hüquqlarını daim pozan hərəkətlərinin əsas səbəblərindən biri də cəzasızlıq, eləcə də dövlət tərəfindən dəstəklənən nifrət və düşmənçiliyin təbliği siyasətidir.
Bütün bu hadisələr Ombudsman tərəfindən hazırlanan hesabata daxil ediləcək və beynəlxalq təşkilatlara göndəriləcəkdir.







