Başlıcaİctimaiyyət

Banklar müharibə qurbanlarının və onların yaxınlarının 2,8 milyard dram kreditini bağışlayıb

Ermənistan bankları müharibə qurbanları və onların yaxınlarının 2,8 milyard dram (1 dram = 0.0021 dolar) məbləğində borc öhdəliklərini bağışlayıblar.

Bu barədə ER ədliyyə nazirinin müavini Yeranuhi Tumanyants parlamentin dövlət və hüquq məsələləri üzrə daimi komissiyasının iclasında “Məhkəmə aktlarının məcburi icrası haqqında” qanuna əlavələr edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Mərkəzi Bank 30 iyun 2021-ci il tarixinə müharibədə həlak olan hərbçilərin və onların ailə üzvlərinin kredit öhdəlikləri üzrə kredit təşkilatları və banklar tərəfindən 2,8 milyard dram güzəşt edildiyini açıqlayıb”,- Nazir müavini qeyd edib.

Daha çox göstər
Back to top button