BaşlıcaSiyasət

Erməni şirkəti Avrasiya İqtisadi Birliyinin mülki təyyarələrin istehsalına qoşulmaq niyyətindədir

Erməni şirkəti Avropa İqtisadi Birliyi ərazisində mülki təyyarələrin birgə istehsalında maraqlıdır. Söz Ermənistanda Avrasiya İqtisadi Birliyinin sözügedən proqramında iştirak etmək üçün ərizə verən yeganə şirkət olan “Eçmiadzin Alətqayırma Zavodu” QSC-dən gedir. Hazırda Ermənistan şirkəti ilə yanaşı, Avrasiya İqtisadi Birliyinin 80-ə yaxın şirkəti proqramda maraqlıdır.

Proqram Avrasiya İqtisadi Komissiyasının noyabrın 9-da keçirilən iclasında təsdiq olunacaq.

Birlik ölkələrinin istehsalçılarına innovativ, perspektivli yüksək texnologiyalı məhsulların kooperativ zəncirlərində iştirak etmək təklif olunur.

Daha çox göstər
Back to top button