BaşlıcaSiyasət

Müdafiə nazirliyi  “Sev lic” ərazisində Ermənistan və Azərbaycan hərbçiləri arasında dava-dalaş olması xəbərini təkzib edir

Azərbaycanın bəzi teleqram kanallarında Ermənistan Respublikasının Sünik vilayətinin “Sev lic” ərazisində erməni və azərbaycanlı  hərbi xidmətçiləri arasında guya dava-dalaş olması və  erməni hərbçilərin mühasirəyə düşməsi barədə yayılan xəbərlər tamamilə yalandır.

Bu  haqda  jurnalistin sualına cavab olaraq Ermənistan Respublikası Müdafiə nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr İdarəsi məlumatlandırıb.

Müdafiə nazirliyindən bildirilib ki, vəziyyət stabildir, ora tamamilə Ermənistan Silahlı qüvvələri bölmələrinin nəzarəti altındadır.

Daha çox göstər
Back to top button