
ER Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan İctimai TV-yə müsahibəsində azərbaycanlıların Ermənistan vasitəsilə Naxicevana çatması üçün hansı istiqamətin effektiv ola biləcəyini bildirib.
“Əgər onların ancaq Naxicevana getmək istədikləri aydındırsa, o zaman təsirli yol Xndzoreskdən Biçenəkə getmək olar, azərbaycanlılar bundan istifadə edə bilərlər. Biz də Xndzoreskdən Horadizə, Horadizdən isə hansı yolla istəsək, gedəcəyik”, – deyə Armen Grigoryan bildirib.
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, kommunikasiyaların açılması məntiqi ilə bağlı razılıq əldə olunarsa, siyasi qərar lazımdır.
“Hansı yollardan istifadə edəcəyimizə və ya hansı girişlərdən istifadə edəcəyimizə qərar verilməlidir. Hazırda bu məsələlər müzakirə olunur. Ümid edirik ki, biz mümkün qədər tez irəliləyəcəyik”, – deyə ER TŞ katibi qeyd edib.







