
Ermənistanın alternativ yolu var və Goris-Kapan magistralından istifadənin məntiqi yoxdur. Bunu İctimai TV-yə müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan Syunik bölgəsinin Goris-Kapan avtomobil yolunda Azərbaycan gömrük-keçid məntəqələrinin yaradılması və gömrük nəzarətinin həyata keçirilməsi məsələsinə və bunun hansı nəticələrə səbəb ola biləcəyi məsələsinə toxunaraq deyib.
Grigoryanın sözlərinə görə, bu yoldan istifadə zərurəti yaranarsa, Azərbaycan tərəfi proses barədə Ermənistanı məlumatlandıracaq.
“Azərbaycan tərəfi hələ ki, bunun nə demək olduğunu bizə tam şəkildə çatdırmayıb, amma məntiq ondan ibarətdir ki, yoldan istifadəyə görə müəyyən ödənişlər tələb olunsun və təbii ki, pasportların yoxlanılsın. Biz Azərbaycan tərəfinin siyasətinə cavab olaraq siyasət aparacağıq və gömrük məntəqələri yaradacağıq. Belə fikirlər var ki, azərbaycanlılaro yoldan istifadə edəcək, biz də gömrük məntəqəsi quracağıq. Biz də Tatev-Ağavno yolundan istifadə edəcəyik. Amma azərbaycanlılar, məsələn, Sanasardan Eyvazlıya getmək üçün həmin yoldan istifadə edə bilərlər və onun bir hissəsi də Ermənistan ərazisindən keçir və o hissədən istifadə ediləcəyi təqdirdə biz də gömrük nəzarətini həyata keçirəcəyik və buradan gömrük rüsumlarını alacağıq”, – deyə Grigoryan bildirib.
Təhlükəsizlik Şurasının katibi bildirib ki, həmin yolda heç bir yaşayış məntəqəsi təcrid olunmayacaq.







