BaşlıcaSiyasət

Artsaxın mədəniyyət irsinin Naxicevanın darmadağın edilmiş erməni irsinin taleyinə nəsib omasına icazə vermək olmaz

ER Xİ naziri Ararat Mirzoyan YUNESKO Baş Assambleyasının 41-ci sessiyasında çıxış edib.

O, Baş Assambleyanın vitse-prezidentlərindən biri kimi Ermənistanın namizədliyini dəstəklədikləri üçün bütün üzv dövlətlərə təşəkkür edib və silahlı münaqişədən tutmuş COVID-19 epidemiyasına, iqlim dəyişikliyinə, təhsilə, elmə qədər dünyanın bu gün üzləşdiyi fövqəladə problemlərdən və mədəniyyət, kommunikasiya  eləcə də, informasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi haqqında danışıb.

“Buna görə də bu gün YUNESKO-nun 75-ci ildönümünü qeyd edərkən YUNESKO-nun dəyərlərinə sadiqliyimizi, təşkilatın strateji transformasiyası prosesinə dəstəyimizi bir daha təsdiqləyirik.

2022-ci ildə Ermənistanın YUNESKO-ya üzv olmasının 30-cu ildönümü qeyd olunacaq, bu müddət ərzində Ermənistan YUNESKO- nun ümumbəşəri dəyərləri təbliğ etmək mandatına və bizim ümumi məqsədlərimizə, o cümlədən 2030-cu ilədək davamlı İnkişaf gündəliyinə uyğun olaraq qətiyyətlə əməl etmişdir.

 Ona görə də biz qərara gəldik ki, 2021-2025-ci illərdə YUNESKO-nun İcraiyyə Şurasına üzv olmaq üçün namizədliyimizi təqdim edək.

Ötən ilin payızında Azərbaycanın Dağlıq Qarabağa və onun xalqına qarşı törətdiyi təcavüz zamanı Azərbaycan silahlı qüvvələri bilərəkdən mülki infrastruktur obyektlərini, o cümlədən məktəb və uşaq bağçalarını, həmçinin Dağlıq Qarabağın erməni mədəniyyət və dini irsini hədəfə alıb.

Nəticədə Dağlıq Qarabağda 22 mindən çox uşaq təhsil hüququndan məhrum edilib.

Artıq bir ilə yaxındır ki, Ermənistan Azərbaycanın nəzarəti altında olan ərazilərdə erməni mədəni dəyərlərinə ciddi təhlükələr barədə YUNESKO-nun baş direktoruna və üzv dövlətlərə xəbərdarlıq etməkdədir.

Dağlıq Qarabağın dini-mədəni irsinin məhv edilməsi ilə yanaşı, 19 min muzey nümunəsi ilə zəngin olan Dağlıq Qarabağ ərazilərində erməni mədəni-dini irsinin mədəniyyət, dini kimliyinin təhrif edilməsinin yolverilməz hallarının şahidi oluruq.

Dağlıq Qarabağdakı erməni mədəniyyət irsinin, ümumilikdə 28 min dağıdılmış erməni mədəniyyət irsinin Naxicevanın faciəli taleyinə məruz qalmasının qarşısını almaq üçün beynəlxalq səyləri müvafiq addımların atılmasına yönəltmək olduqca vacibdir.

Sülh, tolerantlıq və qarşılıqlı hörmət mədəniyyətinin, eləcə də mədəniyyətlərarası dialoqun insanları birləşdirmək və dinc yanaşı yaşayışı gücləndirmək üçün qüdrətli alət kimi təbliğinin vacibliyini vurğulayaraq sözümü yekunlaşdırmaq istərdim.

Şübhəsiz ki, bu, bizə Təşkilatın bütün önəmliklərini yerinə yetirməyə imkan verəcək” – nazir bildirib.

Daha çox göstər
Back to top button