Başlıcaİctimaiyyət

COVİD-ə qarşı peyvənd bədəndə nə qədər qalır?

Tanınmış həkim və teleaparıcı Aleksandr Myasnikov koronavirus peyvəndinin ömrünün sonuna qədər orqanizmdə qalması ilə bağlı şayiələri təkzib edib. O, bu barədə Vladimir Solovyovun “Polnıy kontakt” proqramının efirində deyib.

Onun sözlərinə görə, dərmanın peyvənd olunduqdan sonra bütün həyatı boyu “orqanizmdə öz işini gördüyü” fikri kökündən yanlışdır.

“Siz peyvənd olundunuz, peyvənd nəyə qarşı mübarizə aparmalı olduğunuzu göstərir və üç-dörd həftədən sonra bədəndə peyvəndin izi belə qalmır”,-deyə həkim qeyd etdi.

Daha çox göstər
Back to top button