
AB-nin xüsusi nümayəndəsi Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrdən narahatlığını ifadə edib.
Avropa Birliyinin xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan və Azərbaycan arasında gərginliyin artmasından narahat olduğunu bəyan edib.
O, öz Twitter səhifəsində Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalara və ümumilikdə gərgin vəziyyətə toxunaraq belə bir paylaşım edib.
Noyabrın 14-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Şərq istiqamətində atışma olub. Saat 13:00 radələrində Azərbaycan silahlı qüvvələrinin bölmələri mövqe irəliləyişini təmin etməyə cəhd ediblər.
Gün ərzində vəziyyət gərgin olaraq qalmaqdadır. Saat 19:00-a olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədinin Şərq istiqamətində vəziyyət nisbətən sabitləşib, atışma yoxdur.







