Lavrov: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti humanitar məsələlərin həllinə yönələcək”

Parisdə keçirilən Rusiya və Fransa Xarici işlər nazirlərinin görüşündə Müdafiə nazirləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti kontekstində Artsax məsələsinə toxundular.
RF Xarici işlər nazirliyinin yaydığı məlumata görə, bu haqda RF Xarici işlər naziri Sergey Lavrov qeyd edib.
“Bir neçə gün əvvəl üç həmsədr Parisdə Ermənistan və Azərbaycanın Xarici işlər nazirləri ilə görüşdü. Hamı 2020-ci il noyabrın 9-da Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə olunan razılaşmanı müdafiə etdi” – deyərək , Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, bir sıra humanitar məsələlərin həlli işində Rusiya sülhməramlı qoşunlarının fəaliyyətinin irəliləyişi, eləcə də bir sıra işlərin aparılmalı olduğu istiqamətlər vurğulanıb.
“Bu mənada, həmsədrlərin fəaliyyəti tezliklə humanitar məsələlərin həllinə, o cümlədən regiondakı erməni-azərbaycan icmalarının etimad mühitinin inkişaf etdirilməsi və gündəlik məsələlərin konstruktiv kompromis ruhunda həllinə şərait yaradılmasına yönələcəkdir” – deyərək RF Xİ naziri qeyd edib.







