
Ermənistan Respublikasının Milli Təhlükəsizlik xidməti bildirir ki, noyabrın 15-də yerli vaxtla saat 00:00-dan Azərbaycan tərəfinin nəzarətində olan hissədə sərhəd gömrük nəzarətini həyata keçirmək üçün Kapan-Çakaten avtomobil yolunda nəzarət-buraxılış məntəqəsi quracaqdır.
Buna uyğun olaraq, erməni tərəfi də güzgü üsulu ilə işarələnmiş magistral yolda sərhəd və gömrük məntəqələrini quracaq.
MTX onu da bildirir ki, sözügedən hissədə alternativ avtomobil yolu bu ilin sonuna kimi hazır olacaqdır.







