BaşlıcaSiyasət

Noyabrın 14-də Azərbaycan zirehli texnikası ilə ER ərazisinə daxil olub, sonra danışıqlar nəticəsində çıxıb: ER TŞ

Ermənistan Təhlükəsizlik Şurasının bəyanatında deyilir ki, noyabrın 14-də saat 13:00 radələrində Ermənistan-Azərbaycan sərhədinin şərq hissələrindən birində Azərbaycan silahlı qüvvələrinin bölmələri zirehli texnikanın köməyi ilə Ermənistan Respublikanın suveren ərazisinə daxil olub. Bəyanatda deyilir ki, Ermənistan Respublikasının suveren ərazisinə daxil olmuş Azərbaycan hərbi texnikası və qoşunları aparılan danışıqlar nəticəsində Ermənistan Respublikasının ərazisini tərk edib, Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri yuxarıda göstərilən dörd döyüş mövqeyindən çıxarılıb.

Bəyanatda qeyd olunur ki, Ermənistan Respublikasının Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin sülh yolu ilə həlli, yəni Sovet Ermənistanının de-yure müəyyən edilmiş sərhədindən qoşunların çıxarılması və beynəlxalq hüquq çərçivəsində sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin zəruriliyini vurğulamaqda davam edir. 

“Ermənistan Respublikasının Təhlükəsizlik Şurası hakimiyyətin və xalqın suverenliyini, ərazi bütövlüyünü və vətənin müstəqilliyini qorumaq əzmini ifadə edir.

Biz həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrlərini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə hərtərəfli həlli üçün səyləri gücləndirməyə çağırırıq”,- bəyanatda qeyd olunub. 

Daha çox göstər
Back to top button