
Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin humanitar minatəmizləmə bölməsinin hərbçiləri ərazilərin və sosial infrastrukturun partlayıcı obyektlərdən təmizlənməsini davam etdirir.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“2020-ci il noyabrın 23-dən bu günə qədər Rusiya sülhməramlı qrupunun humanitar minatəmizləmə bölmələri 2300 hektardan çox ərazini, həmçinin 683 km yolu, 2000-ə yaxın binanı minalardan təmizləyib. Ümumilikdə 26 mindən çox silah aşkar edilərək zərərsizləşdirilib”, – deyə deyə Rusiya sülhməramlı qüvvələrinin nümayəndəsi İlya Stoliçni qeyd edib.







