BaşlıcaSiyasət

ER ərazi müdafiə etmək üçün RF-na müraciət edir

Biz Rusiya Federasiyasına ER  və RF arasında 1997-ci ildə mövcud olan imzalanmış saziş çərçivəsində Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün müraciət edirik.

Bu haqda  ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai TV-də bildirib.

“Vurğulamağı zəruri hesab edirik ki, Ermənistanın suveren ərazisi hücuma məruz qaldığı üçün biz Rusiyanı Ermənistan və Rusiya arasında 1997-ci il müqaviləsi çərçivəsində, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi məntiqi çərçivəsində Ermənistanın ərazi bütövlüyünü qorumağa çağırırıq”- deyərək  Qriqoryan  bəyan edib.

Ərizə şifahidir, yazılı prosedur da olacaq:

 “Biz ictimaiyyəti və tərəfdaşlarımızı belə bir prosesə başladığımızı bildirmək istəyirik. Biz RF-nın yardım göstərəcəyini gözləyirik və bizim Ermənistanın ərazi bütövlüyünü bərpa etmək imkanımız olacaqdır” – deyərək TŞ  katibi  qeyd edib.

Daha çox göstər
Back to top button