BaşlıcaSiyasət

ER XİN-I: “BMT Nizamnaməsinə əsasən, Ermənistan Respublikasının ərazi bütövlüyünə qarşı güc tətbiqini bütün vasitələrlə dəf etmək hüququ var”

Bu gün, noyabrın 16-da Azərbaycan silahlı qüvvələri Ermənistan Respublikası sərhədinin Şərq istiqamətində hücuma keçərək Ermənistan Respublikasının suveren ərazisinə soxulub.

Azərbaycan tərəfinin hücum əməliyyatları insan itkisinə səbəb olub. Bu son hücum Azərbaycan tərəfinin bu il mayın 12-də Azərbaycan silahlı qüvvələrinin Sünik və Geqarkunik rayonlarına soxulması ilə başlayan Ermənistan Respublikasının ərazilərini işğal etmək məqsədilə həyata keçirdiyi repressiya siyasətinin davamıdır.

Azərbaycan bu hərəkətləri ilə  noyabrın 9-da olan üçtərəfli bəyanatı pozur, belə ki, Azərbaycan tərəfi həmin bəyanatın icrası nəticəsində Azərbaycan tərəfinə keçmiş ərazilərdən Ermənistan Respublikasına qarşı hücumlara başlayır.

Ermənistan Respublikası BMT Nizamnaməsinə əsasən, öz ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiqini bütün vasitələrlə dəf etmək hüququna malikdir.

Biz beynəlxalq ictimaiyyəti, beynəlxalq tərəfdaşlarımızı – RF-nı, KTMT-ni, ATƏT-in Minsk Qrupunun həmsədrlərini, həmsədrləri Azərbaycan tərəfinin təhlükəsizliyi ciddi şəkildə təhlükə altına alan bu hərəkətlərinə aydın cavab verməyə, Azərbaycan silahlı qüvvələrinin qeyd-şərtsiz Ermənistan Respublikası ərazisindən tam  çıxarılması istiqamətdə fəal addımlar atmağa çağırırıq.

Daha çox göstər
Back to top button