BaşlıcaSiyasət

Ermənistan-Avropa İttifaqı Ümumi Aviasiya Məkanı üzrə Sazişi imzalanıb

Noyabrın 15-də Brüsseldə ER xarici işlər naziri Ararat Mirzoyan, Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhe və Aİ Şurasına sədrlik edən Sloveniyanın dövlət katibi Stanislav Rasçan Ermənistan-Avropa İttifaqı Ümumi Aviasiya Məkanı üzrə Sazişi imzalayıblar.

Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir Ararat Mirzoyanın çıxışı zamanı vurğulayıb ki, Ümumi Aviasiya Məkanı üzrə Sazişinin imzalanması Avropa İttifaqı və 27 üzv dövləti ilə münasibətlərimizdə vacib bir mərhələdir. “Bu Sazişin ratifikasiyası və yaxın gələcəkdə qüvvəyə minməsi Ermənistan vətəndaşlarının digər Avropa ölkələri ilə əlaqəsini asanlaşdıraraq, Ermənistanda aviasiya sektorunun inkişafı üçün yeni imkanlar yaradacaq”,-deyə nazir əlavə etdi.

O həmçinin qeyd etdi ki, saziş ticarətin, turizmin, investisiyaların və ümumilikdə iqtisadi və sosial inkişafın təşviqi üçün əhəmiyyətli olacaq.

Daha çox göstər
Back to top button