BaşlıcaBeynəlxalq

Son zamanlar gərginliyin artması münaqişənin davamlı həllinin zəruriliyini vurğulayır

ATƏT-in Minsk Qrupunun həmsədrləri (ABŞ-dan Endryu Çeffer, Rusiya Federasiyasından İqor Hovayev və Fransadan Brays Rokfi) aşağıdakı bəyanatla çıxış ediblər.

Həmsədrlər regionda, o cümlədən Ermənistan-Azərbaycan sərhədində baş verən son insidentlərdən olduqca narahatdırlar. Həmsədrlər tərəfləri vəziyyəti gərginləşdirməmək  istiqamətində dərhal konkret addımlar atmağa çağırıblar.

Həmsədrlər həmçinin tərəfləri təxribat xarakterli ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə,  noyabrın 9-da olan  bəyannamə və digər birgə razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində üzərlərinə götürdükləri öhdəlikləri tam yerinə yetirməyə çağırırlar.

 Son zamanlar gərginliyin artması Dağlıq Qarabağ münaqişəsi və ya onun nəticələri ilə bağlı bütün məsələlərin razılaşdırılmış, hərtərəfli və davamlı həllinin zəruriliyini vurğulayır.

Həmsədrlər tərəfləri həmsədrlərin himayəsi altında Nyu-Yorkda və Parisdə Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin keçirilən birgə görüşləri zamanı əldə edilmiş irəliləyişə əsaslanaraq, təhlükəsizliyin, sabitliyin təşviqinə, firəfanlığına  yönəlmiş birbaşa dialoqu davam etdirməyə çağırblar.

Daha çox göstər
Back to top button