BaşlıcaSiyasət

Ermənistan və Azərbaycan tərəflərinin təmas xəttində gərginlik davam edir: Zas

Ermənistan və Azərbaycan tərəflərinin təmas xəttində gərginlik davam etməkdədir. TASS xəbər verir ki, bu barədə MDB ölkələrinin Təhlükəsizlik Şuralarının katiblərinin görüşündə KTMT-nin baş katibi Stanislav Zas qeyd edib.

O qeyd edib ki, Ermənistan, Azərbaycan və Rusiya arasında 2020-ci noyabrın 9-da imzalanmış üçtərəfli razılaşmalar Dağlıq Qarabağda qan tökülməsinə son qoymağa imkan veriblər.

“Lakin atılan addımlara baxmayaraq, Ermənistan və Azərbaycan tərəflərinin təmas xəttində hələ də gərginlik var”, – deyə o bildirib.

Daha çox göstər
Back to top button